PSJ-nin qapıçısı atdan yıxıldı: Vəziyyəti ağırdır

PSJ-nin qapıçısı Serxio Riko atdan yıxılıb.

Newsport.az-ın məlumatına görə, hadisə İspaniyada baş verib. 29 yaşlı qolkiper komandası çempionluğu rəsmiləşdirdikdən sonra ölkəsinə yollanıb.

Təcrübəli "əlcək sahibi" Sevilyada atın belindən yıxılaraq ağır xəsarət alıb. Başından zədə alan Riko dərhal helikopterlə xəstəxanaya aparılıb. Durumu ciddi olan ispaniyalı futbolçu hazırda reanimasiyadadır.

Qeyd edək ki, PSJ Serxio Rikonu 2019-cu ilin yayında "Sevilya"dan transfer edib. O, cari mövsümdə Paris təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right