Millimizin hücumçusu "Trabzonspor"a keçə bilər

"Qrasshopper"də çıxış edən Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı forvardın xidmətində "Trabzonspor" maraqlıdır. Qara Daniz təmsilçisinin mövsüm başa çatdıqdan sonra Azərbaycan millisinin üzvü üçün İsveçrə klubu ilə danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, "Qrasshopper" Renat Dadaşovu mövsümün əvvəlində "Vulverhempton"dan transfer edib. Azərbaycanlı hücumçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right