Çempionluğu qeyd etməsinə icazə verilməyib

“Bayern” Almaniya çempionatının 34-cü – sonuncu turunda “Köln”ü məğlub edib (2:1) və çempionluğu rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisinin keçmiş icraçı direktoru Oliver Kan qələbəni futbolçularla qeyd edə bilmədiyini diqqətə çatdırıb:

“Komanda və əldə olunan nailiyyətlə fəxr edirəm! Bunu sizinlə qeyd etmək istərdim, lakin klub rəhbərliyi bunu mənə qadağan etdi. Növbəti mövsümü səbirsizliklə gözləyirəm”.

“Bayern”in qələbə qazanaraq çempion olduğu tur “Borussiya” (Dortmund) “Maynts”la matçda xal itirib (2:2). Onlar mövsümü ikinci pillədə bitiriblər və gümüş medallara yiyələniblər.

Xatırladaq ki, “Bayern” Bundesliqa çempionluğunu təmin edən kimi klubun idarə heyətinin sədri Oliver Kanla və idman direktoru Hasan Salihamiciçlə yollarını ayırdığını açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right