La Liqaya yüksələn 2 komanda məlum olub

Futbol üzrə İspaniya La Liqasına yüksələn iki komanda məlum olub.

Newsport.az-ın məlumatına görə, Sequndanın 42-ci turunda keçirilən oyunlardan sonra “Qranada” və “Las Palmas” elitaya vəsiqə qazanıblar.

“Qranada” son turda “Leqanes”i (2:0) üstələyərək, Sequndanın qalibi olub. “Alaves”lə qolsuz bərabərə qalan “Las Palmas” isə mövsümü ikinci pillədə başa vurub.

Elitaya yüksələcək üçüncü komandanı müəyyənləşdirmək üçün “Levante”, “Alaves”, “Eybar” və “Albasete” arasında iyunun əvvəllərində pley-off oyunları keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right