"Napoli" millinin sabiq çalışdırıcısını istəyir

"Barselona" və İspaniya milli komandasının sabiq baş məşqçisi Luis Enrike İtaliyada işləməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, onun xidmətində "Napoli" maraqlıdır. Mövsüm başa çatan kimi Luçano Spaletti ilə yollarını ayıracaq Neapol təmsilçisi baş məşqçi postuna Enrikeni dəvət etməyi planlaşdırır. Hələ ki, ispaniyalı ilə İtaliya çempionu arasında konkret razılıq əldə edilməyib.

Amma onun “Çelsi” və “Tottenhem” klublarının təklifindən imtina etməsinin “Napoli” ilə əlaqədar olduğu iddia edilir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right