AVRO-2016-nın seçmə mərhələsinin 7-ci turu çərçivəsində növbəti oyunlar keçirilib.
Newsport.az-ın məlumatına görə, Estoniya millisinin Litva yığmasını qəbul etdiyi görüşdə əsas qəhrəmanlardan biri də Premyer Liqamızda çıxış edən legioner olub.
Belə ki, "Qəbələ"nin futbolçusu Sergey Zenyov şərəfini qoruduğu Estoniya millisinin 1:0 hesablı qələbə qazanmasında bilavasitə iştirak edib. 90 dəqiqə meydanda olan hücumçu 71-ci dəqiqədə məhsuldar ötürmə edərək Vassilyevin fərqlənməsinə yardımçı olub.
Qeyd edək ki, E qrupunda iştirak edən Estoniya yığması 10 xala sahibdir və öz oyunundan sonra 3-cü pilləyə yüksəlmişdi.