“Real” sabiq müdafiəçisini qaytarmaq istəyir

“Real” “Milan”ın müdafiəçisi Teo Ernandeslə maraqlanır. Newsport.az xəbər verir ki, “kral klubu” müdafiənin sol cinahındakı boşluğu onunla doldurmağı planlaşdırır.
 
Madridlilərin bu mövqe üçün bir neçə variantı olsa da, əsas namizəd məhz 25 yaşlı Ernandesdi. Rəsmi danışıqların tezliklə başlanması gözlənilir. Teonun İtaliya təmsilçisi ilə müqaviləsi 2026-cı ilə qədərdi.
 
Qeyd edək ki, Teo Ernandes 2017-2019-cu illərdə “Real”ın formasını geyinib və 23 oyunda meydana çıxıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right