İngiltərənin “Nyukasl” komandasında 2022/23 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, bu ada müdafiəçi Kiran Trippyer layiq görülüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müdafiəçi cari mövsümdə “Nyukasl”ın heyətində 43 oyunda meydana çıxıb və 3 qol vurub.
Xatırladaq ki, Trippyer 2022-ci ilin əvvəlindən formasını geyindiyi “Nyukasl”da 52 oyuna 3 qol vurub, 10 asist edib.