Mustafayevli “Aleksandriya” səfərdən 1 xalla döndü

Ukrayna Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Veres-Rivne”nin qonağı olub. Futbolçumuzun komandası bu oyundan 1 xalla ayrılıb – 2:2.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.

“Aleksandriya” hazırda 43 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right