Cənubi Koreya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Jeju Yunayted”lə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib və kubokda mübarizəni dayandırıb – 3:4.
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə də daxil edilməyib.