Lukaku Premyer Liqaya qayıdır: Başqa klub üçün

“Çelsi”nin hücumçusu Romelu Lukaku karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır. Newsport.az xəbər verir ki, fərq ondadı ki, Belçika millisinin üzvü Premyer Liqanın digər təmsilçisində çıxış edə bilər.
 
Belə ki, “Aston Villa” hazırda icarə əsasında “İnter”in formasını geyinən 29 yaşlı forvardın keçidində maraqlıdı. Lukaku baş məşqçi Unay Emerinin tərtib etdiyi transfer hədəfləri siyahısındadı.
 
Qeyd edək ki, Lukaku bu mövsüm 33 oyun keçirib, 13 qol vurub, 6 məhsuldar ötürmə verib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right