İtaliya millisinin baş məşqçisi dəyişə bilər

İtaliya millisində baş məşqçi dəyişikliyi ola bilər.

Newsport.az insayder Mattias Poqun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki,  "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri yığmada bu təyinata əsas namizəddir.

İtaliya millisinin hazırkı baş məşqçisi Roberto Mançininin isə "Napoli"ni çalışdıra biləcəyi vurğulanıb. Bu mövsümün sonunda Neapol təmsilçisinin hazırkı baş məşqçisi Luçano Spalettinin klubdan ayrılacağı gözlənilir.

Qeyd edək ki, Alleqrinin "Yuventus"la müqaviləsi 2025-ci ilin iyununda başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right