"Liverpul" Yorq Şmadtkeni 3 ay müddətinə transfer məsləhətçisi təyin edib.
Newsport.az "Wolfsburger Allgemeine Zeitung"a istinadən xəbər verir ki, o, artıq "Liverpul"la müqavilə imzalayıb və cümə günü İngiltərəyə gedəcək.
Daha əvvəl Şmadtkenin Mersisayd təmsilçisinə idman direktoru olacağı planlaşdırılırdı.
Yay transfer pəncərəsindən sonra "Liverpul" onunla müqaviləni uzadıb-uzatmayacağına qərar verəcək.
Qeyd edək ki, Y.Şmadtkenin son iş yeri "Volfsburq" olub.