İspaniya İdman Yarışları Komitəsi uzun saat davam edən müzakirələrdən sonra "Real"ın futbolçusu Vinisius Juniorun qırmızı vərəsini ləğv etmək qərarına gəlib.
Newsport.az "Marca"ya istinadən xəbər verir ki, səbəb kimi “Real" – “Valensiya” matçının baş hakiminin insident haqda tam məlumata malik olmaması, oyunun protokolunda epizodu düzgün dəyərləndirməməsi göstərilir.
Beləliklə, braziliyalı futbolçu La Liqada bu gün keçiriləcək “Rayo Valyekano"ya qarşı görüşdə iştirak edə biləcək.
Xatırladaq ki, La Liqanın 35-ci turunun matçında "Valensiya" azarkeşləri Vinisiusu "meymun" və "axmaq" adlandıraraq təhqir edib və bu da futbolçuların əlbəyaxa davasına səbəb olub. Nəticədə oyun 8 dəqiqə dayandırılıb, Vinisius isə qırmızı vəəqə ilə meydandan qovulub.