“Liverpul”dan gedəcək 5-ci oyunçu açıqlandı

Mövsümün sonunda “Liverpul” daha bir futbolçusu ilə yollarını ayıracaq. Newsport.az xəbər verir ki, baş məşqçi Yurgen Klopp yarımmüdafiəçi Artur Melonun da klubdan gedəcəyini açıqlayıb.
 
Braziliyalı orta sahə oyunçusu mövsümün əvvəlində “Yuventus”dan icarəyə götürülsə də, həmin vaxtdan bəri “qırmızılar”ın heyətində cəmi 13 dəqiqə meydanda olub. Həmçinin, “qoca sinyora” da Arturu saxlamaqda maraqlı deyil. Çox güman ki, turinlilər yayda onu transferə çıxaracaqlar.
 
Qeyd edək ki, buna qədər Roberto Firmino, Nabi Keyta, Ceyms Milner və Aleks-Oksleyd Çemberlenin yayda “Liverpul”dan ayrılacağı açıqlanmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right