Premyer Liqa klubu qapıçı üçün 30 milyon ayırdı

“Nottingem Forest” “Mançester Yunayted”in qapıçısı Din Hendersonu birdəfəlik heyətinə qatmaq istəyir. Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hazırda icarə əsasında komandada çıxış edən İngiltərə millisinin üzvünün transfer hüququna yiyələnməyi planlaşdırır.
 
“Nottingem Forest” rəhbərliyi 26 yaşlı qolkiper üçün qarşı tərəflə danışıqlara başlayıb. “Qırmızı şeytanlar” transferə müsbət rəy versə, 30 milyon funt sterlinqlik gəlir əldə edəcək. 
 
Qeyd edək ki, Din Henderson bu mövsüm Premyer Liqada 18 oyuna çıxıb, 31 qol buraxıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right