Mourinyo: "Alleqriyə yazığım gəlir"

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Yuventus”un 10 xalının silinməsinə münasibət bildirib.

Newsport.az xəbər verir ki, İtaliyanın Federal Apellyasiya Məhkəməsi maliyyə fırıldağına görə Turin təmsilçisinin A seriyasında 10 xalının silinməsinə qərar verib. Beləliklə, xalı 69-dan 59-a düşən "Yuventus" A seriyasının turnir cədvəlində 2-ci pillədən 7-ci yerə enib. "Roma isə turnir cədvəlində avrokuboklara vəsiqə qazandıran 6-cı pilləyə yüksəlib.

Mourinyo açıqlamasında deyib: "Alleqriyə, onun oyunçularına yazığım gəlir. Çempionatın bitməsinə bir neçə tur qalmış xalların silinməsi qəribə qərardır. Bütün mövsüm futboçular meydanda əllərindən gələni etdilər, amma  sadəcə olaraq onlardan xal alındı.

Mənim kimi işləyən peşəkarlara yazığım gəlir, çünki onlar direktorların və klubun buraxdığı səhvlərə görə cəzalanırlar".

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right