"Valensiya" - "Real" matçının VAR hakimi ömürlük hakimlikdən kənarlaşdırılacaq

La Liqanın 35-ci turunun "Valensiya" - "Real" (1:0) matçının VAR hakimi İqlesias Villanueva ömürlük hakimlikdən kənarlaşdırılacaq.

Newsport.az AS-a istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası "Real"ın hücumçusu Vinisius Juniorun meydandan qovulduğu epizodda səhvə yol verən Vilyanuevanın hərəkətindən narazı qalıb.

Hakimlər komissiyası Vinisius və "Valensiya"nın hücumçusu Huqo Duronun iştirakı ilə əlavə vaxtda baş verən epizodda Villanuevanın səhv hərəkət etdiyini, nəticədə "Real"ın futbolçusuna birbaşa qırmızı vərəqə göstərildiyini qəbul edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right