Futbol matçında faciə: 12 nəfər öldü

El Salvador çempionatının pley-off mərhələsinin "Alyans" - FAS matçında faciə yaşanıb.

Newsport.az-ın məlumatına görə, "Kuskatlan" stadionunda baş tutan oyunda tribunalarda olan izdiham nəticəsində 12 nəfər həlak olub. Hadisə ilə bağlı araşdırma başladılıb.

İlkin araşdırmalara görə, izdiham çox sayda azarkeşin stadiona saxta bilətlə girməsi və bileti olan fanatların turnikedləri aşaraq arenaya daxil olması nəticəsində yaranıb. 

Ölkə prezidenti Nayib Bukele açıqlamasında hadisə ilə bağlı detallı araşdırma aparılması əmrini verdiyini bildirib.

Faciə ilə əlaqədar 0:0 hesabı ilə davam edən qarşılaşma yarımçıq saxlanılıb. Ölkədə bütün futbol matçları təxirə salınıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right