“Sabah” super seriyaya qələbə ilə başladı

Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının “Sabah” və “Gəncə” komandaları arasında final seriyasının ilk oyunu baş tutub.

Newsport.az-ın məlumatına görə, oyuna üstün başlayan “Gəncə” basketbolçuları bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyiblər.

İkinci hissədə geri dönüş edən paytaxt klubu yekunda 71:69 hesablı qələbə qazanıb. Bu qələbə ilə “Sabah” seriyadakı hesabda 1:0 önə keçib.

Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (12 xal, 12 ribaund), “Gəncə”dən isə Kollin Törner (17 xal, 11 asist) olublar.

Final seriyasının ikinci oyunu 22 may saat 19:30-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right