Azərbaycanlı futbolçu Latviya çempionatının növbəti turunda da meydana çıxmayacaq

"Dauqavpils"in azərbaycanlı futbolçusu Nazim Həsənzadə zədə səbəbindən Latviya çempionatının son iki turunu buraxıb. 

Newsport.az xəbər verir ki, məşq zamanı qasıq nahiyəsindən zədələnən Nazimin növbəti turda da meydana çıxmayacağı bəlli olub.

Amma zədəsini sağaldan futbolçunun bundan sonrakı oyunda oynayacağı gözlənilir.

"Dauqavpils" 13 turdan sonra 10 xalla 8-ci pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right