Premyer Liqa klubunda 2 futbolçu üçün mövsüm bitdi

“Arsenal”ın iki futbolçusu üçün mövsüm bitib. Newsport.az xəbər verir ki, bu barədə baş məşqçisi Mikel Arteta məlumat verib.
 
O bildirib ki, ukraynalı yarımmüdafiəçi Aleksandr Zinçenko və braziliyalı hücumçu Qabriel Martinelli sıradan çıxıb. Martinelli Premyer Liqanın XXXVI turunun “Brayton”la matçının (0:3) 20-ci dəqiqəsində əvəzlənib, Zinçenko həmin görüşü buraxıb.
 
Çalışdırıcı xüsusən də Martinellinin durumunun ciddi olduğunu söyləyib. O, oyunçuların yay təlim-məşq toplanışına qədər sıraya dönəcəyinə ümid edir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right