Bundesliqada aprelin ən yaxşısı bəlli oldu

Almaniya çempionatında aprel ayının ən yaxşı oyunçusu bəlli olub.

Newsport.az Bundesliqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Borussiya”nın (Dortmund) hücumçusu Daniell Malen bu ada layiq görülüb.

Niderlandlı futbolçu Ceremi Frimponq (“Bayer”), Benjamin Pavard (“Bavariya”), Coş Vaqnoman (“Ştutqart”), Mussa Diabi (“Bayer”) və Timo Vernerdən (“Leyptsiq”) üstün olub.

24 yaşlı futbolçu PSV yetirməsidir. O, 2021-ci ildə adıçəkilən klubdan “Borussiya”ya keçmişdi. Malenin Almaniya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right