"Mançester Yunayted" argentinalıya daha yaxşı müqavilə təklif edəcək

"Mançester Yunayted" Lisandro Martineslə müqavilə müddətini artırmaq niyyətindədir.

Newsport.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" argentinalıya daha yaxşı şərtlər təklif edib.

25 yaşlı müdafiəçinin özü də komandada qalmağı planlaşdırır. "Ayaks"dan "Mançester Yunayted"ə keçmiş Martines qısa zamanda İngiltərə klubunda aparıcı oyunçulardan birinə çevrilə bilib. Argentina millisinin üzvünün Mançester klubu ilə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right