Rəhim Həsənov Maltanın 2 futbolçusunu cəzalandırdı

Azərbaycanlı hakimlər daha bir beynəlхalq oyun idarə edib. 

Newsport.az-ın məlumatına görə, Rəhim Həsənovun başçılıq etdiyi briqada 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçirilən Çeхiya - Malta matçında ədaləti qoruyub.

Oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rəhim Həmsənov Maltadan Yohan Bezzina və Llivelin Kremonanı sarı vərəqə ilə cəzalandırıb. Rəhim Həsənova Namiq Hüseynovla Vaqif Musayev yardımçı olub. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right