Meneceri açıqladı: Ulduz futbolçuya təkliflər var

“Bavariya”nın müdafiəçisi Alfonso Devis klubunu dəyişə bilər. Newsport.az xəbər verir ki, bunu 22 yaşlı futbolçunun meneceri açıqlayıb.
 
O, Kanada millisinin üzvünün bir neçə klubun gündəmində olduğunu təsdiqləyib. Menecer həmçinin “Bavariya”nın sözləşməni yeniləməyə çalışdığını vurğulayıb:
 
“Bir neçə klub Devislə maraqlanır, amma birbaşa transfer danışıqları aparılmır. Devisin müqaviləsinin bitməsinə iki il qalıb. “Bavariya” müqaviləni uzatmağa ümid edir. Hələlik heç nə təsdiqlənməyib”.
 
Qeyd edək ki, Alfonso Devisin almanlarla sözləşməsi 2025-ci ildə başa çatır.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right