“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş ingilis futbolçuları arasında Çempionlar Liqasının bir mövsümündə ən çox qol imkanı yaratmaq rekordunu yeniləyib. Newsport.az xəbər verir ki, vinger yarımfinalda “Real”la (4:0) qarşılaşma ilə birlikdə cari mövsümdə rəqib qapıçıları qarşısında 35-ci qol imkanı yaradıb.
Bununla o, Frenk Lemparda məxsus rekordu yeniləyib. O, 2008-09 mövsümündə “Çelsi”nin heyətində turnirdə 34 şansa malik olub. Nəzərə alsaq ki, “Mançester Siti” finala vəsiqə qazanıb, Qrilişin rekordunu yeniləmək şansı var.
Qeyd edək ki, “Mançester Siti” finalda “İnter”lə qarşılaşacaq.