“Mançester Siti”nin və Argentina millisinin hücumçusu Julian Alvares eyni mövsümdə Çempionlar Liqasını (ÇL) və dünya çempionatını qazanan 10-cu futbolçu ola bilər. Newsport.az xəbər verir ki, onun şərəfini qoruduğu komanda yarımfinalın cavab görüşündə “Real”ı 4:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Qarşılaşmada meydana son dəqiqələrdə əvəzetmədən girən Alvares 90+1-ci dəqiqədə son nöqtəni qoyub. 23 yaşlı forvard ötən ilin sonlarında Argentina millisinin heyətində dünya çempionu olub.
Qeyd edək ki, ÇL-in finalı iyunun 10-da İstanbulda keçiriləcək. “Mançester Siti” həmin gün “İnter”lə qarşılaşacaq.