Ançelotti: "Qvardiolanı təbrik etdim, çünki..."

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalının cavab oyununda "Mançester Siti"yə uduzaraq mübarizəni dayandırmaları (0:4, ilk oyun - 1:1) barədə danışıb.

Newsport.az AS-a istinadən xəbər verir ki, mütəxəssis ağır məğlubiyyət aldıqlarını deyib: “Rəqib daha yaxşı oynadı və qələbəyə layiq idi. "Mançester Siti" oyunun əvvəlində bizə çox təzyiq göstərdi və bu, işə yaradı. Onlar üstünlüyü ələ keçirə bildilər. Bundan sonra oyuna qayıtmaq bizim üçün çətin oldu. İkinci hissədə cəhd etdik, alınmadı

Ançelotti görüşdən sonra rəqibin baş məşqçisi Xosep Qvardiolanı təbrik etdiyini söyləyib: "Çempionlar Liqasının yarımfinalına çıxırsan, güclü rəqiblə qarşılaşırsan, oyunda ona yol verirsən və finalsız qalırsan. Yaxşı, indi sən dərs almalısan və növbəti dəfə daha yaxşı çıxış etməlisən. Qvardiolanı oyundan sonra təbrik etdim, çünki onun komandası daha yaxşı idi. Keçən il biz "Mançester Siti"ni məğlub edə bildik, bu il növbə onların oldu. Futbol belə işləyir. Bəzən uduzursan".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right