"Liverpul"da 4 ayrılıq Rəsmi

İngiltərənin "Liverpul" klubu klubu mövsümün sonunda 4 futbolçu ilə yollarını ayıracaq.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Roberto Firmino, Nəbi Keyta, Ceyms Milner və Aleks-Oksleyd Çemberlenlə yola davam etməyəcək. Məlumatı klubun rəsmi saytı yayıb. Bu futbolçuların yayda başa çatan müqaviləsinin müddəti uzadılmayacaq.

Mersisayd təmsilçisi yollarını ayırdığı oyunçuların hər birinə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right