"Tottenhem" üçün niderlandlı baş məşqçi

İngiltərənin "Tottenhem" klubu yeni baş məşqçi axtarışlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Yulian Naqelsmannla danışıqları uğursuz nəticələnən London təmsilçisi üzünü Niderlanda çevirib. Paytaxt klubu "Feyenoord"u çalışdıran Arne Slotu baş məşqçi postuna gətirmək istəyir. Bu barədə "Telegraph" nəşri məlumat yayıb. 

"Tottenhem" klubu ilə 2025-ci ilə kimi müqaviləsi olan 44 yaşlı mütəxəssislə danışıqlara başlamağa hazırlaşır.

Qeyd edək ki, Arne Slot 2021-ci ildən "Feyenoord"un baş məşqçisidir. Roterdam təmsilçisi cari mövsümdə niderlandlı mütəxəssisin rəhbərliyi altında ölkə çempionluğu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right