Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə yekun vurulacaq.
Newsport.az xəbər verir ki, turnirin sonuncu finalçısı İngiltərədə müəyyənləşəcək.
Burada yerli “Mançester Siti” İspaniya nəhəngi, ÇL-in sonuncu qalibi “Real”la üz-üzə gələcək.
Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.
Xatırladaq ki, daha öncə “İnter” İtaliyanın digər təmsilçisi “Milan”ı iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) məğlub edərək finala yüksəlib.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
17 may
23:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa).
Mançester. “Etihad” stadionu.
İlk oyun – 1:1.