Messi yenidən Səudiyyə Ərəbistanında

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi yenidən Səudiyyə Ərəbistanına səfər edib.

Newsport.az xəbər verir ki, 35 yaşlı hücumçu bu dəfə sözügedən ölkəyə ailəsi ilə yollanıb. Messi öz sosial şəbəkə hesablarında Səudiyyə Ərəbistanından şəkillər paylaşıb. O, fotolara bu şərhi yazıb: "Səudiyyə Ərəbistanının doğum yerini, 300 illik tarixinə ev sahibliyi edən Diriyeni ailəmlə birlikdə kəşf edərək möhtəşəm bir gün keçirdim".

Lionel mayın 1-də də Səudiyyə Ərəbistanına səfər etmişdi. O, bunu PSJ rəhbərlərindən icazəsiz etdiyi üçün 2 həftəlik cəzalandırılaraq komandadan kənarlaşdırılmışdı. Bunun ardından Messi video çəkib komanda yoldaşlarından üzr istəmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right