“Milan” “İnter”ə qarşı Yenilənir

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab oyunu keçiriləcək.

Newsport.az xəbər verir ki, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində bəlli olacaq.

Birinci oyunda “İnter”ə 0:2 hesabı ilə uduzan “Milan” məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

“Cüzeppe Meatsa” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Yarımfinalın digər oyununda İspaniya “Real”ı İngiltərədə “Mançester Siti”nin qonağı olacaq.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
16 may

23:00. “İnter” (İtaliya) – “Milan” (İtaliya)
Baş hakim: Kleman Türpen (Fransa).
Milan, “Cüzeppe Meatsa” stadionu.
İlk oyun – 2:0.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right