Niderlandda çempion bəlli oldu

Futbol üzrə Niderland Erediviziyasında mövsümün qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, “Feyenoord” sona iki tur qalmış çempionluğu təmin edib.

32-ci tur çərçivəsində doğma meydanda “Qou Ehed İqlz” ilə qarşılaşan bu komanda rəqibini 3 cavabsız qolla məğlub edərək xallarının sayını 79-a çatdırıb. Sözügedən komanda sona iki tur qalmış ən yaxın izləyicisi PSV-ni 8 xal qabaqlayır.

Beləcə, “Feyenoord” tarixində 16-cı dəfə Niderland çempionu olub. Ən titullu “Ayaks” isə buna 36 dəfə nail olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right