Uqarte və Barella arasında seçim zamanı

“Liverpul” heyətini gücləndirmək üçün növbəti həmləyə hazırlaşır. İngiltərə klubu əsasən yarımmüdafiə xəttinə əl gəzdirəcək.

Newsport.az xəbər verir ki, mersisaydlıların əsas hədəfi Manuel Uqartedir. İngilislər tezliklə “Sportinq”ə rəsmi təklif göndərəcək. Lissabonlular baş məşqçi Ruben Amorimin oyunçunun qalmasını tələb etməsinə baxmayaraq, müzakirələrə başlamağa qərar verib. 22 yaşlı uruqvaylı müdafiəçinin Portuqaliya təmsilçisi ilə 3 illik müqaviləsi olduğundan, transfer asan başa gəlməyəcək.

110 milyon avro qiymətləndirilən 22 yaşlı Uqarte transferi alınmayacağı təqdirdə, “Liverpul” yenidən “İnter”in qapısını döyəcək. Baş məşqçi Yürgen Klopp Nikolo Barellanı sərəncamında görmək istəyir. Futbolçunun transfer dəyəri yüksək olduğundan, mersisaydlılar geri çəkilmişdi. Lakin “Sportinq”lə razılıq əldə edilməsə, Barella variantı yenidən aktuallaşacaq.

İngiltərə nəhəngi Nikolo üçün 50 milyon funt-sterlinq təklif edir, “İnter” isə 70 milyon funt-sterlinq istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right