Stefano Pioli: Bunu nəzərə almaq lazımdı

“Məqsədimiz aqressiv oynamaq idi, lakin “İnter” bizi bir çox duellərdə məğlub etdi”. Newsport.az xəbər verir ki, bunu “Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”lə oyun barədə danışarkən deyib.
 
Təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyəti rəqibin daha yaxşı olması ilə əlaqələndirib. Ancaq o, finala yüksəlmək ümidlərini hələ də itirmir:
“İkinci hissəni yaxşı keçirdik. Bunu nəzərə almaq lazımdı. Oyuna qayıda bilərdik. Cavab matçında səviyyəni yüksəltməli və ikinci hissədə oynadığımız kimi daha çox hücum etməliyik. “İnter” həm taktiki, həm də psixoloji cəhətdən daha yaxşıdı. Məyus olduq, amma cavab oyununda bu nəticəni dəyişmək istəyirik”.
 
Qeyd edək ki, cavab oyunu mayın 16-da “Cüzeppe Meatsa” stadionunda keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right