Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Newsport.az xəbər verir ki, “Fiorentina” İtaliyada İsveçrə “Bazel”ini qəbul edib və məğlubiyyətə üzülüb. Digər matçda isə Niderlandın “AZ Alkmaar” klubu İngiltərədə “Vest Hem”in qonağı olub və meydanı məğlubiyyətlə tərk edib.
Komandalar arasında cavab oyunları mayın 18-də keçiriləcək.
UEFA Konfrans Liqası, yarımfinal
İlk oyunlar
11 may
Fiorentina (İtaliya) – Bazel (İsveçrə) 1:2
Qol: A.Kabral, 25 – A.Diuf, 71. A.Zeqiri, 90+3.
Baş hakim: Fransua Leteksye (Fransa)
Florensiya, “Artemio Franki” stadionu
Vest Hem (İngiltərə) – AZ Alkmaar (Niderland) 2:1
Qol: S.Benrahma, 67. M.Antonio, 76 – T.Reynders, 42.
Baş hakim: Halil Umut Meler (Türkiyə)
London, “London” stadionu