Dünya çempionatı: Hidayət Heydərov beşinci oldu

Dohada (Qətər) cüdo üzrə dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, üçüncü yarış günündə Azərbaycan milli komandasının bir idmançısı tatamiyə çıxıb.

Hidayət Heydərov (73 kq) ilk döyüşündə Adıl Osmanova (Moldova), daha sonra isə Cek Yonezuka (ABŞ) qalib gələrək 1/4 finala yüksəlib. Hidayət bu mərhələdə Artur Margelidonu (Kanada) məğlub etsə də, yarımfinalda Manuel Lombardoya (İtaliya) məğlub olub.Bürünc uğrunda döyüşdə Heydərov Soiçi Haşimotoya (Yaponiya) uduzaraq beşinci yerlə kifayətlənib. Üç gündən sonra komandamızın aktivində medal yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right