"Çelsi" və "Liverpul"un transfer savaşı

İngiltərənin "Çelsi" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi "Monako"da çıxış edən Yussuf Fofananın xidmətində maraqlıdır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. "Çelsi" "Liverpul"un da maraqlandığı 24 yaşlı fransalı yarımmüdafiəçi üçün Fransa klubuna 25 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Yussuf Fofana cari mövsümdə "Monako"nun heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right