Kapitan "Barselona"dan gedir

"Barselona"nın kapitanı Serxio Buskets gələcəyi ilə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı yarəımmüdafiəçi klubla mövsümün sonunda başa çatan müqaviləsini yeniləməyəcək. Bu barədə "Marca" nəşri məlumat yayıb. İspaniya millisinin üzvü yeni mövsümə başqa klubda başlayacaq.

Qeyd edək ki, Serxio Buskets "Barselona"nın yetirməsidir. Təcrübəli futbolçu Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 721 rəsmi matçda 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right