"Barselona" qapıçısına 400 milyon avro qiymət qoydu

İspaniyanın "Barselona" komandasında yeni müqavilə imzalanıb.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi qapıçı İnyaki Penyanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

24 yaşlı "əlcək sahibi" 2026-cı ilin yayına kimi "Barselona"ya məxsus olacaq. İspan qolkiperin sərbəstqalma məbləği 400 milyon avro təyin olunub.

Qeyd edək ki, İnyaki Penya "Barselona"nın yetirməsidir. O, cari mövsümdə komandanın heyətində 3 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right