"Yuventus"un istədiyi futbolçu "Aston Villa"ya keçə bilər

"Vilyarreal"ın futbolçusu Pau Torres yayda klubunu dəyişə bilər.

Newsport.az-ın məlumatına görə, "Yuventus"un transfer siyahısında yer alan 26 yaşlı mərkəz müdafiəçisi ilə "Aston Villa" da maraqlanır. Bu barədə "Tutto Mercato" nəşri məlumat yayıb.

"Vilyarreal" ispan futbolçu üçün 30 milyon avro tələb edir. "Yuventus"un bu məbləği ödəmək istəmədiyi bildirilir. İspaniya millisinin üzvünün transferində "Aston Villa"nın daha şanslı olduğu hesab olunur.

Qeyd edək ki, Pau Torres "Vilyarreal"ın yetirməsidir. O, cari mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right