Messi üzr videosundan sonra məşqə qayıtdı

PSJ-nin futbolçusu Lionel Messi əsas heyətlə məşqlərə qayıdıb.

Newsport.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

Messi ötən həftə rəhbərliyin və komandanın məşqçilər heyətinin icazəsi olmadan Səudiyyə Ərəbistanına səfər etmişdi və buna görə də 2 həftəlik komandadan uzaqlaşdırılmışdı. 

Bir neçə gün əvvəl Messi sosial şəbəkələrində məsələyə görə video yayımlayıb. O,etdiyi hərəkətə görə üzr istəyib. Messi Səudiyyə Ərəbistanında turizm səfiri olduğu müqavilə öhdəliklərini yerinə yetirdiyini əsas gətirib. Argentinalı forvard videoda ötən bazar ertəsinin istirahət günü olacağını düşündüyünü, lakin səfəri təxirə sala bilmədiyini qeyd edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right