Finalda "Real Madrid"ə qələbə qazandıran futbolçunun evi qarət olunub

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Rodriqonun evi qarət olunub.

Newsport.az "Cadena SER" nəşrinə istinadən xəbər verir ki, hadisə Madrid təmsilçisinin "Osasuna"ya 2:1 hesabı ilə qalib gəldiyi ölkə kubokunun finalı günü baş verib.

Evin mühafizəçisi polisə zəng edib. O, bir neçə otaqda oğurluq izləri görüb. Braziliyalı oyunçuya dəymiş ziyanın təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, finalda "kral klubu"nun qollarını məhz Rodriqo vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right