Ozan Canın oynadığı matçda komandası qələbə qazandı

Futbol üzrə Niderland I Divizionunda XXXVI turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" səfərdə "Roda" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can Kökçü də bu oyunun iştirakçısı olub. 24 yaşlı yarımmüdafiəçi 72-ci dəqiqədə meydana daxil olub.

36 turdan sonra 57 xal toplayan "Eyndhoven" turnir cədvəlinin V pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right