Milimizin üzvü oynadı, komandası səfərdə 1 xal qazandı

Futbol üzrə Cənubi Koreya çempionatında 11-ci turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Quanqyu" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Anton Krivotsyuk da bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. 

11 turdan sonra 18 xal toplayan "Tecon Xana Sitizen" 12 komanda arasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right