Münhenqladbax "Borussiya"sı "Benfika"dan icarəyə götürdüyü Yulian Vayqlla bağlı qərar verib.
Newsport.az-ın məlumatına görə, Almaniya klubu 27 yaşlı yarımmüdafiəçini komandada saxlayacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Borussiya" alman futbolçunun transfer hüquqlarına yiələnib. Təcrübəli oyunçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Borussiya" Yulian Vayqlı "Benfika"dan mövsümün əvvəlində icarəyə götürmüşdü. Almaniya millisinin üzvü Bundesliqa klubunun heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.