“Traktor”dan səfər qələbəsi

İran çempionatında 28-ci turun oyunları keçirilir. 

Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycan təmsilçisi “Traktor” bu tur səfərdə “Mes Kerman”ın qonağı olub.  Matç Təbriz klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Traktor”un heyətində Qustavo (2 qol) və Agjahanpour fərqlənib. 

Ardıcıl 2-ci, son 5 oyunda isə 4-cü qələbəsini qazanan “Traktor” xallarının sayını 49-a çatdırmaqla turnir cədvəlində 4-cü pillədəki yerini möhkəmləndirib. 

Qeyd edək ki, “Sepahan” 59 xalla çempionatın lideridir. 1 oyun az keçirmiş “Persopolis” 57 xalla ikinci, “İstiqlal” isə 56 xalla üçüncüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right