Deku yenidən “Barselona”ya qayıda bilər. Futbolçu karyerası dönəmində İspaniya nəhənginin uğurları üçün çalışan portuqaliyalı indi klub rəsmisi kimi səhnəyə çıxmaq istəyir.
Newsport.az xəbər verir ki, mövsüm bitən kimi idman direktoru Mateu Alemani “Barselona”dan ayrılacaq. O, “Aston Villa”dan təklif alıb və İngiltərədə yeni layihədə işə başlayacaq. Onun boş qoyacağı posta əsas iddiaçı isə Dekudur. “Mundo Deportivo”nun yazdığına görə, Deku bu gün anlaşmanın bütün detallarını dəqiqləşdirmək üçün İspaniyaya uçacaq.
Deku 2004-2008-ci illərdə “Barselona”da oynayıb. O, iki ildir klubun skautu kim fəaliyyət göstərirdi.